Gündəm / Siyasət / Dünya

Paşinyan yenə KTMT görüşündən imtina etdi

Paşinyan yenə KTMT görüşündən imtina etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı aparıb.

"Kanal14.az" xarici KİV-ə istinadən xəbər verir ki, telefon danışığı Belarus tərəfinin təşəbbüsü ilə həyata keçirilib. 

KTMT Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 23-də Belarusun paytaxtı Minskdə keçiriləcək sessiyasının təşkili ilə bağlı məsələlər müzakirə olunub.

Paşinyan Belarus prezidentinə sessiyada iştirak edə bilməyəcəyi barədə məlumat verib və KTMT tərəfdaşlarının bu qərarı anlayacağına ümid etdiyini bildirib.