Qırğızıstan hərbçiləri Tacikistanda keçiriləcək KTMT-nin "Rubij-2022” birgə təlimlərində iştirak etməyəcək.

"Kanal14.az" xəbər verir ki, bu barədə "Radio Azatty" məlumat yayıb.

"Əvvəllər biz KTMT-nin "Rubij-2022" birgə hərbi təlimlərində iştirak etməyi planlaşdırırdıq. Amma indi bundan imtina etmək qərarına gəldik. Bu , Qırğızıstanın mövqeyidir ", - ölkənin Müdafiə Nazirliyi bildirib.

Bir neçə gün əvvəl KTMT ölkələrinin kontingentinin Tacikistanda Mərkəzi Asiya regionu ölkələrinin hərbi birləşmələrinin cəlb olunacağı "Rubij-2022” birgə təlimlərində iştirak edəcəyi barədə məlumat yayılıb. İştirakçıların ümumi sayı təxminən 1000 nəfər və 300-dən çox hərbi texnika, o cümlədən təyyarələr, helikopterlər və PUA-lardır.