Gündəm / Dünya

KTMT Qazaxıstanda hərbi təlimlər keçirəcək

KTMT Qazaxıstanda hərbi təlimlər keçirəcək

 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr 2022-ci ilin payızında Qazaxıstan ərazisində bir sıra hərbi təlimlər keçirəcək. 

Kanal14.az "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə sözügedən ölkənin Müdafiə Nazirliyinin məlumatında qeyd olunur. 

"Tərəflər komanda-nəzarət orqanlarının, kollektiv təhlükəsizlik sisteminin qüvvə və vasitələrinin birgə təlimi planını təsdiqləyiblər", - nazirliyin bəyanatında deyilir.

Təlimlər "Matıbulak" poliqonunda keçiriləcək.