Gündəm / Siyasət / Dünya

Ermənistan KTMT-də niyə iştirak etmir? - Səbəb AÇIQLANDI

Ermənistan KTMT-də niyə iştirak etmir? - Səbəb AÇIQLANDI

Ermənistanın KTMT-yə ünvanladığı çoxlu sualları var ki, onlara cavab ala bilmir. KTMT tədbirlərində iştirak etməməyimizin səbəbi də budur. 

"Kanal14.az" xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. 

O, "Ermənistan tərəfi KTMT-nin iclaslarında iştirak etmirsə, onda niyə həmin strukturu tərk etmir" sualına cavabında qeyd edib: "Biz 2021-ci ilin may ayında Azərbaycan qoşunları ilə qarşıdurma zamanı KTMT-yə müraciət etmişik. KTMT-dən kömək istəyib, lazımi yardımı almamışıq. Həmin andan bizim KTMT-yə çoxlu suallarımız olub və indiyədək həmin suallara cavabımız yoxdur. Bizim iştirak etməməyimizin səbəbi də budur".