Gündəm / Siyasət / Dünya

Yuri Şuvalov: KTMT Ermənistanın təhlükəsizliyi baxımından Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməyə hazırdır

Yuri Şuvalov: KTMT Ermənistanın təhlükəsizliyi baxımından Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməyə hazırdır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın təhlükəsizliyini təmin etmək marağında Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməyə hazırdır,

"Kanal14.az" "news.am"a istinadən eyd edir ki, bu sözləri KTMT Katibliyinin mətbuat katibi Yuri Şuvalov bildirib.

"Qafqaz Kollektiv Təhlükəsizlik regionuna gəlincə, təşkilat Ermənistanın təhlükəsizliyinin təmin edilməsi marağı naminə Ermənistan-Azərbaycan sərhədinə KTMT missiyasını göndərməyə və digər yardım vasitələrini göstərməyə həmişə hazırdır", - deyə Şuvalov cümə günü jurnalistlərə bildirib.

Şuvalovun sözlərinə görə, müvafiq yardım tədbirləri artıq KTMT Kollektiv Təhlükəsizlik Şurasının qərar layihəsinə daxil edilib.

Azərbaycanın Müdafiə Nazirliyi cümə axşamı silahlı qüvvələrinin Ermənistanla sərhəddə yerləşən Laçın rayonunun təpələri və ərazilərini nəzarətə götürdüyünü və bunun Qarabağı Ermənistanla birləşdirən yeni yolun istismarı ilə bağlı olduğunu açıqlayıb.

Kanal14.az
Kamal Əsgərov