Gündəm / Cəmiyyət / Sosial

Bu qadınların maaşları artırıla bilər

Bu qadınların maaşları artırıla bilər

Elmi dərəcəsi olan işləyən qadınların maaşları artırıla bilər.

"Kanal14.az" xəbər verir ki, bu, "Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı”nda öz əksini tapıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il sentyabrın 1-dək elmi dərəcəsi olan işləyən qadınların maaşlarına artım və ya əlavə məzuniyyət gününün verilməsi imkanlarının beynəlxalq təcrübədə araşdırılması və müvafiq təkliflərin hazırlanaraq Komissiyaya təqdim etməsi tapşırılıb.