Gündəm / İdman

İdmançımız Parisdə Azərbaycana 4-cü qızıl medalı qazandırdı

İdmançımız Parisdə Azərbaycana 4-cü qızıl medalı qazandırdı

Azərbaycan paraatleti Orxan Aslanov (T13 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

"Kanal14.az" xəbər verir ki, idmançı uzunluğa tullanma növündə uğurlu çıxış edib.

Aslanov 7,29 metr nəticə ilə çempion olub.

Bununla da Paris-2024 Yay Paralimpiya Oyunlarında Azərbaycanın aktivinə 4 qızıl medal yazılıb.