"Kanal14.az"  xəbər verir  ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 

Bildirilir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və KTMT-nin baş katibi Stanislav Zas mətbuata bəyanatlarla çıxış edəcəklər.

İclasın gündəliyinə beynəlxalq və regional təhlükəsizlik, KTMT-nin böhrana operativ reaksiya mexanizmlərinin gücləndirilməsi ilə bağlı məsələlər daxildir.

İclasdan sonra KTMT-yə üzv dövlətlərin nümayəndələri arasında 2022-2024-cü illər üçün xarici siyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə anlaşma memorandumunun imzalanması gözlənilir.