Gündəm / Siyasət / Dünya

Kremldən KTMT ilə bağlı Paşinyana CAVAB

Kremldən KTMT ilə bağlı Paşinyana CAVAB

Kreml Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakla bağlı İrəvanın mövqeyini tam aydınlaşdırmaq niyyətindədir, çünki təşkilatın nizamnaməsində "dondurulmuş üzvlük” statusu nəzərdə tutulmayıb.

"Kanal14.az" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT üzvlüyünün dondurulması ilə bağlı bəyanata belə cavab verib: "Burada bizim erməni tərəfdaşlarımızla kifayət qədər tez-tez təmaslarımız olur və təbii ki, bunu açıqlayacağıq. Çünki müvafiq sənədlərdən çıxış etsək, "dondurulmuş üzvlük" de-yure KTMT proqramında sadəcə olaraq yoxdur. Ünsiyyət quracağıq, öyrənəcəyik".

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyanın "France 24” telekanalına verdiyi müsahibədə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakının dondurulduğunu açıqlamışdı.