Gündəm / Hadisə

Cakartada daşqınlar səbəbindən sakinlər təxliyə olunur

Cakartada daşqınlar səbəbindən sakinlər təxliyə olunur

İndoneziyanın paytaxtı Cakarta şəhərində musson yağışları nəticəsində baş verən daşqınlar səbəbindən 1 380-dək sakin təxliyə olunub.

"Reuters”ə istinadən xəbər veririk ki, daşqın sularının hündürlüyü ayrı-ayrı ərazilərdə 1,8 metrə çatıb.

Cakartanın qubernatoru Anyes Basvedan paytaxtda 20-dək təxliyə mərkəzi təşkil etdiklərini açıqlayıb. Təbii fəlakət nəticəsində ölən və yaralananların olmadığı bildirilir.

İndoneziya Meteorologiya Agentliyi (BMKG) qarşıdakı günlərdə də paytaxt və qonşu bölgələrdə əlverişsiz hava şəraitinin davam edəcəyi barədə xəbərdarlıq edib.