Gündəm / Hadisə / Dünya

Merapi vulkanında partlayış! Şəhəri kül və toz buludu bürüdü

Merapi vulkanında partlayış! Şəhəri kül və toz buludu bürüdü

İndoneziyanın Mərkəzi Yava bölgəsində, Yoqyakartada Merapi vulkanında püskürmə baş verib.

İndoneziyanın ən aktiv vulkanı olan Merapi fəaliyyətə başladıqdan sonra dağın yamaclarında turizm və mədənçilik fəaliyyətləri dayandırılıb.

Yava adasındakı Merapi dağından qaynar kül, qaya, lava və qaz qarışığı yamaclardan 7 kilometr aşağı enib.

İndoneziya Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin (BNPB) sözçüsü Abdul Muhari, isti bulud sütununun təxminən 100 metr yüksəldiyini deyib.

Bütün gün davam edən partlayışlar nəticəsində ətraf kəndlərə küllər səpələnib, tələfat yoxdur.

Merapi yamaclarında yaşayan sakinlərə kraterin ağzından 7 kilometr aralıda qalmaları və lava təhlükəsindən xəbərdar olmaları tövsiyə edilib, turizm və mədən fəaliyyətləri dayandırılıb.

"Kanal14.az" "haberglobal"a istinadən qeyd edir ki, 2968 metr yüksəklikdəki dağın ətrafında dörddə bir milyona yaxın insan yaşayır.

Ölkənin ən aktiv vulkanı olan Merapi son vaxtlar lava və qaz buludları ilə dəfələrlə püskürüb. 2010-cu ildə baş verən son böyük püskürmə zamanı 347 nəfər ölüb, 20 nəfər isə evlərini tərk edib.

4 dekabr 2021-ci ildə Semeru vulkanının vulkan püskürməsi nəticəsində 51 nəfər ölüb.

"Sakit Okean Atəş Halqası" zəlzələsi və vulkanik qurşağında İndoneziyada 130-a yaxın aktiv vulkan var.

Kanal14.az
Samirə Əsgərova