Gündəm / Cəmiyyət / Hadisə / Foto

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

"Kanal14.az"  "DogruXeber.az"a istinadən  xəbər verir ki, bu gün (27.04.2024) 8 noyabr prospekti ilə "28 may" metrostansiyası istiqamətində hərəkət edən  46 nömrəli marşrut avtobusunun sürücüsü, sürət həddini artıraraq, daşıdığı 10-larla sərnişinlərə qorxulu anlar yaşadıb.

Əvvəl onunla eyni istiqamətdə hərəkət edən 175 nömrəli marşrut avtobusu, "Xətai" metrostansiyasının qarşısındakı dayanacaqdan sonra isə 49 nömrəli marşrut avtobusunun cavan sürücüsü ilə "yarışa girən" ağsaqqal qət etdiyi o, qədər yolda cəmi 2, ya 3 dayanacaqda dayanıb.

Yaşlı insanın idarə etdiyi həmin "90-VT-241" dövlət nömrə nişanlı və 46 nömrəli marşrut avtobusunda 13:50 və 14:15 radələrində sərnişin olan əməkdaşımız bildirir ki, - "mən yol boyu yaşlı sürücünün davranışlarını, öz-özünə danışıqlarını, digər sürücülərə, eləcə də dayanacaqlarda avtobus gözləyən insanlara qarşı təhqiramiz ifadələrlə işlədərək deyinməsini və sair diqqətlə müşahidə etdim. Mənə belə gəldi ki, həmin yaşlı sürücünün psixoloji durumuna görə, ona hər gün yüzlərlə, minlərlə insanların həyatını etibar etmək böyük riskdir. Əslində nə 49, nə də 175 nömrəli marşrut avtobusları heç biri onunla yarışmadan, normal şəkildə işlərini icra edirdilər. Bu insan isə sanki, öz xəyallarındamı, düşüncələrindəmi onlarla yarış meydanlarında olduğunu hiss edir, hər addımda onları "tozunda qoymaq" üçün, əlindən gələni edirdi. Hər "ötmə əməliyyatı" etdikcə də, "mən 50 ildir almışam pravanı" deyə, özü özünü təbrik edirmiş kimi, qürrələnən ağsaqqal sürücü nə qədər ki, insanları bədbəxt etməyib, onun və onun kimi sürücülərin barəsində aidiyyatı qurumların tədbir görülməli olduğunu düşünürəm."

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO


Çox təəssüflər olsun ki, bu kimi hallar və eyni məzmunlu şikayətlər hər zaman olub, lakin, ən dəhşətlisi odur ki, son illər daha da artıb. Təbii ki, bunun birinci səbəbkarı aidiyyatı qurum - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyidir. Çünki, insanları (AYNA) səhhətinin, psixoloji durumunun fərqində olmadan, gözüyumulu işə alır, hər gün minlərlə insanların həyatını onlara həvalə edirlər ki, bu da bir başa məsuliyyətsizliyin bariz nümunəsidir.

Məsuliyyətsizliyin məhsulu olan bu kimi sürücülər də eyni məsuliyyətsizliklə işlərini necə gəldi İcra edirlər.

Qeyd edək ki, sürücü özünə haqq qazandırmaq üçün, ona irad bildirən əməkdaşımıza gah "yollar tıxac olur, mən 1 dəqiqə gecikə bilmərəm", gah da "yollar bərbad gündədir, siz ondansa yolun çala-çuxurunu çəkin. Mən 50 ildir şofer (sürücü) işləyirəm" desə də, əməkdaşımız onun hərəkət etdiyi, "8 noyabr", "Xocalı" prospektləri, eləcə də Yusif Səfərov, Səməd Vurğun küçələrində həmin saatlarda tıxac olmadığını və sadalanan yolların normal vəziyyətdə olduğunu bildirir.

Qeyd olunanlarla bağlı aidiyyatı qurumun da mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az