Gündəm / Siyasət / Dünya

Moskva günahkarı açıqladı! “Mələk üzlü şeytan” tutuldu

Moskva günahkarı açıqladı!

"Kanal14.az” "hurriyet” qezetinə istinadən xəbər verir ki, Rusiyanı silkələyən kafe hücumundan sonra Moskvadan gözlənilən açıqlama gəlib. Rusiya hücumun arxasındakı adları açıqlayarkən, "Mələk üzlü şeytan" ləqəbli qadın əməliyyatda yaxalanıb.

Partlayış prezident Vladimir Putin tərəfdarı hərbi bloqçuların Sankt-Peterburqda kafedə toplaşdığı zaman baş verib.

Rusiya Daxili İşlər Nazirliyi məşhur rusiyalı hərbi bloger Vladlen Tatarskinin partlayış nəticəsində öldüyünü açıqlayıb.

"Street Food Bar No 1” adlı kafedə baş verən partlayışda azı 25 nəfər xəsarət alıb. Hücuma görə məsuliyyəti heç kim üzərinə götürməyib.

AFP-nin son xəbərinə əbərinə görə , Rusiya terrorla mübarizə müstəntiqləri hücumun arxasında Ukraynanın təhlükəsizlik xidmətləri və müxalifət lideri Aleksey Navalnıya bağlı agentlərinin olduğunu açıqlayıb.

Rusiyada baş verən şok hücumdan sonra təhlükəsizlik qüvvələri genişmiqyaslı əməliyyata başlayıb və Daria Trepovanı saxlayıb.

Ölkə mətbuatı tərəfindən "Mələk üzlü şeytan” ləqəbi ilə tanınan qadın hücumda əsas şübhəli kimi görünür.

Eyni xəbərdə qadının içərisində bomba olan paketi kafeyə apardığı anlar yaşanıb.

Gerçək adı "Maksim Fomin” olan Vladlen Tatarski, Rusyanın Ukraynadaki savaşının atəşli bir dəstəkçisiydi.


Kanal14.az
N.Məmərli