Hadisə / Dünya

Əfqanıstanda terror aktı - 7 ölü, 40 yaralı

Əfqanıstanda terror aktı

Əfqanıstanın Qəzni vilayətində baş verən partlayış nəticəsində 7 nəfər həlak olub, 40 nəfər yaralanıb.

Kanal14.az "Tolo News”a istinadən xəbər verir ki, partlayış bomba yüklü bir avtomobil vasitəsilə Qəzni vilayətinin Milli Təhlükəsizlik İdarəsi binasının yaxınlığında törədilib. Ölənlərin əksəriyyətinin MİT-nin əməkdaşları olduğu bildirilib.

 

"Taliban” qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.(Qafqazinfo.az)