Gündəm / Siyasət / Dünya

Lukaşenkodan şok açıqlama: “Putinlə ciddi danışıqlar aparacağıq”


Lukaşenkodan şok açıqlama:

Belarus lideri Aleksandr Lukaşenko RF prezidenti Vladimir  Putinlə ciddi məsələlərlə bağlı ciddi danışıqlar aparacağını açıqlayıb.

Hurriyyet.az "BelTA”-ya istinadən xəbər verir ki, bunu Lukaşenko Sankt-Peterburqda Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlovla görüşündə bildirib. Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə iyunun 25-də (bu gün-red) ciddi danışıqlar aparacağını açıqlayıb.  

"Hər zaman olduğu kimi, Vladimir Vladimiroviçlə mən ciddi məsələlərlə bağlı ciddi danışıqlar aparacağıq. Amma bu, sabah olacaq(yəni bu gün-red). Bizim bugünkü görüşümüz isə qətiyyən ritual deyil. Bizim müzakirə edəcəyimiz ciddi məsələlər var” – Lukaşenko deyib.
BELTA-nın verdiyi məlumata görə, Aleksandr Lukaşenko Rusiyada işgüzar səfərdədir. İyunun 24-də dövlət başçılarının Moskva yaxınlığındakı Zavidovoda qeyri-rəsmi görüşü olub,  günortadan sonra Belarus prezidenti Sankt-Peterburqa gəlib və orada qubernatorla görüşüb. İyunun 25-də iki ölkə liderlərinin işgüzar görüşü keçiriləcək.