Gündəm / Hadisə / Dünya

Rusiyanın Sankt-Peterburq şəhərində baş verən partlayışda yaralananların sayı 32-yə çatıb

Rusiyanın Sankt-Peterburq şəhərində baş verən partlayışda yaralananların sayı 32-yə çatıb

Rusiyanın Sankt-Peterburq şəhərində kafedə baş vermiş partlayış nəticəsində yaralananların sayı 32 nəfərə çatıb.

"Kanal14.az" bildirir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidməti bu gün bildirib.

"Təcili məlumatlara görə, Sankt-Peterburq kafesində baş vermiş insident nəticəsində 32 nəfər xəsarət alıb, bir nəfər ölüb”, - deyə məlumatda deyilir.

Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidməti əlavə edib ki, yaralılardan 10-nun vəziyyəti ağır, 14 yaşlı qız da daxil olmaqla 16 nəfərin vəziyyəti orta ağırdır. Digər beş nəfərin vəziyyəti qənaətbəxşdir, onların müalicəsi xəstəxanada davam etdirilir. Digər yaralı xəstəxanaya yerləşdirilməkdən imtina edib və ambulator müalicə alıb.

Ötən axşam Sankt-Peterburq şəhərinin mərkəzində 1 nömrəli Street Food Bar adlı kafedə partlayış olub. Bu kafedə yaradıcılıq gecəsini keçirən hərbçi Vladlen Tatarski nəticədə dünyasını dəyişib. Bundan əvvəl jurnalistin olduğu səhnənin yaxınlığında tutumu 200 qramdan çox trotil olan partlayıcı qurğu partlayıb.

Kanal14.az
Ulduz Talıblı