Gündəm / Siyasət / Dünya

Sankt-Peterburqun səması uçuşlar üçün açılıb

Sankt-Peterburqun səması uçuşlar üçün açılıb

Sankt-Peterburqda hava məkanından istifadəyə qoyulan məhdudiyyətlər aradan qaldırılıb.

"Kanal14.az" "news.am"a istinadən bildirir ki, Pulkovo hava limanındakı "Kommersant” mənbələri məhdudiyyətlərin götürüldüyünü təsdiqləyib.

Pulkovonun yenidən təyyarələri qəbul etməsi faktını Rusiya mətbuatına hazırda təyyarəsi Yekaterinburqdan Sankt-Peterburqa uçan Ural Hava Yollarının mətbuat xidməti də təsdiqləyib. "Kommersant”ın Federal Hava Nəqliyyatı Agentliyindəki mənbəsi bildirib ki, bütün aviaşirkətlər qadağanın ləğvi ilə bağlı məlumat alıblar.

Bundan əvvəl Sankt-Peterburq hökuməti şəhərin Pulkovo hava limanının təyyarələrin qəbulunu dayandırdığı barədə məlumat vermişdi.

REN telekanalı anonim mənbəyə istinadən xəbər verir ki, Pulkovo hava limanı üzərində hava məkanı 200 km radiusda bağlanıb. "Göydə hərbi təyyarələr var, təcavüzkarın axtarışı davam edir”, - deyə, telekanal bildirir.

Kanal14.az
Fatimə Kamalqızı