Cəmiyyət

Naxçıvan hava limanı təyyarələri qəbul edə bilmir – Qar iflic etdi

Naxçıvan hava limanı təyyarələri qəbul edə bilmir – Qar iflic etdi
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Naxçıvanda qarın yağması hava limanında aviareyslərinin uçuşuna ciddi təsir edib. 

 Qarın yağması Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində təyyarələrin uçuşunda ciddi gecikmələrin yaranmasına səbəb olub. Bakıdan Naxçıvana uçan sərnişinlərdən biri bildirib ki, 2 saatdı təyyarədə oturmuşuq: "Hazırda hava şəraiti ilə bağlı Naxçıvan hava limanı təyyarələri qəbul edə bilmir. 2 saatdı təyyarədə oturmuşuq”.

Xatırladaq ki, noyabrın 25-də səhər saatlarından başlayan qar Naxçıvanda dağlıq və dağətəyi ərazilərində yerləşən yaşayış məntəqələrində davam edib. Hazırda muxtar respublikanın ərazisində soyuq və yağıntılı hava şəraiti hökm sürməkdədir.