Gündəm / Siyasət

Göyçə gölü yaxınlığında hava limanı tikilməsi təklif olundu...

Göyçə gölü yaxınlığında hava limanı tikilməsi təklif olundu...
Ermənistanda Göyçə gölü yaxınlığında hava limanı tikilməsi barədə təklif irəli sürülüb.

Moderator.az xəbər verir ki, "Qraparak” nəşrinin yazdığına görə, belə bir təkliflə "Mənim addımım” parlament fraksiyasının üzvü Ovik Aqazaryan çıxış edib.

O, bu haqda Saxkadzor şəhərində növbədənkənar seçkilərin keçirilib-keçirilməsi barədəki müzakirələr zamanı danışıb.

"Dövlət kiçik bir hava limanının tikintisini öz üzərinə götürsə, bu həm yerli, həm də xarici investorlar üçün Sevan hövzəsinin bir hissəsinin turizmin inkişafı üçün ciddi bir mərkəz ola biləcəyi mesajı olacaq"- deyə erməni deputat bildirib.