Gündəm / Cəmiyyət / Dünya

Pligianın Azərbaycan nifrəti

Pligianın Azərbaycan nifrəti

Stepen Piligian Amerika Birləşmiş Ştatlarında doğulub və hazırda orada yaşayır. O, ABŞ- ın müxtəlif qəzet və saytlarında Azərbaycan əleyhinə erməni xislətinə məxsus, həqiqətdən uzaq məqalələr yazır. Yazır deyəndə bu xalqa, bu millətə nifrət püskürür. Ötən gün öz adətinə sadiq qalaraq Daşnakların "armenianweekly” saytında "Political isolation of Artsakh is not in Armenia’s interest” (Artsaxın siyasi təcrid olunması Ermənistanın marağında deyil) adlı məqaləsi gedib.Həmin məqalədən bir hissəni oxucularımızın diqqətinə çatdırırıq:

"Rusiya Ermənistanı öz şəxsi maraqlarına nəzarət etmək məqsədi ilə Artsax üçün təhlükəsizlik qarantı tərəfi kimi əvəz etdi. Artsaxdakı qeyri-sabitlik Rusiyanın marağındadır, çünki bu, manipulyasiya bəhanəsi yaradır. Ardıcıl uğursuzluqlara baxmayaraq, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya vasitəçiliyinin ən yaxşı həll yolu olmasında təkid edir. Rusiya ATƏT-in Minsk Qrupunu kənara atandan sonra yeganə birbaşa vasitəçi rolunu oynadı. Azərbaycan da öz növbəsində heç vaxt heç bir razılaşmaya əməl etməyib. Yalvardıqları 1994-cü ildə atəşkəsdən qısa müddət sonra azərilər 30 illik terror hökmranlığına başladılar. Ermənilər Azərbaycanın vəhşi təbiətindən haqlı olaraq dəhşətə gəlsələr də, nəzərə almalıyıq ki, 1994-cü ildə məğlub olsalar da, bu müddət ərzində özlərini heç vaxt məğlub olmuş xalq kimi aparmayıblar. Onlar aqressiv diplomatiyanı və hərbi quruculuğa sərmayə qoyuluşunu artırıblar. Azərbaycan heç vaxt vicdansızlığına və cinayətkar davranışına görə (sərhədləri pozmaq, qanunsuz hərbi əsir saxlamaq və adam öldürmək) cəzalandırılmayıb. Bu yaramaz diktaturanın dəyərlərini nəzərə alsaq, niyə də bu davranışı davam etdirməsinlər? Hətta bu planetin ən yüksək məhkəməsinin - Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycana Laçın dəhlizinin açılmasını əmr edən qərarına da məhəl qoyulmur. BMT Təhlükəsizlik Şurası daimi üzvlərin vetoları şərti ilə bu məhkəmənin qərarlarının icrası üçün məsuliyyət daşıyır. Aydındır ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının icra iradəsini sınaqdan keçirir. Diqqəti yayındırmaq üçün Azərbaycan hökumətinin və Artsaxın üzvləri ötən həftə rus "sülhməramlılarının” sponsorluğu ilə Laçın blokadasını müzakirə etmək üçün görüşdülər. Azərbaycan nümayəndə heyətinin rəhbəri təkəbbür və hörmətsizlik əlaməti olaraq açılış nitqi ilə çıxış etdi ki, iclasda "Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasına” diqqət yetirilməlidir. Bu cür həyasız davranış dünyanın hərəkətsizliyi ilə mümkün olmuşdur”...

Kanal14.az
N.Məmərli