Rusiya-Ukrayna müharibəsinin 15-ci gününə girərkən Rusiya və Ukrayna xarici işlər nazirləri Antalyada ilk dəfə masa arxasına oturublar. Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu, Rusiya xarici işlər naziri Sergey Lavrov və Ukrayna xarici işlər naziri Dmitri Kulebanın qatıldığı kritik zirvədən sonra Ukrayna xarici işlər naziri Dmitri Kuleba diqqətçəkən açıqlamalar verib.

"Kanal14.az" xəbər verir ki, Kuleba Rusiya xarici işlər naziri Sergey Lavrovla ilk dəfə görüşdüyü görüşlə bağlı dəyərləndirmələr edib. 

"Cənab Çavuşoğluna çox təşəkkür etmək istəyirəm. O, asan olmayanı bacardı. Bu, Rusiya ilə Ukrayna arasında ilk təmas idi. Həm asan, həm də çətin görüş idi. Çətin idi, çünki əslində əlimdən gələni etdim. Diplomatik həll yolu tapmaq çalışdım. 

Bildiyiniz kimi, Mariupolda hava bombardmanları həyata keçirilir. Bölgələr atəş altındadır. Mən bura nə məqsədlə gəlmişəm? Görüş humanitar dəhlizin açılması üçün baş tutub. Təəssüf ki, Lavrov bununla bağlı öhdəlik götürə bilmədi. O, belə bir vəziyyətdə deyildi. 24 saatlıq atəşkəsdən danışdıq”.