İtaliyanın xarici işlər naziri Luici Di Mayo ukraynalı həmkarı Dmitri Kuleba ilə Ukrayna böhranının həlli imkanlarını müzakirə edəcək.

"Kanal14.az" xəbər verir ki, görüş fevralın 15-də Kiyevdə keçiriləcək. 

"Xarici işlər naziri Luici Di Mayo İtaliyanın Rusiya və Ukrayna arasında gərginliyi aradan qaldırmaq səyləri çərçivəsində fevralın 15-də Kiyevə yola düşəcək", - İtaliya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

İtaliyanın xarici işlər nazirinin çərşənbə günü Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparmaq üçün Moskvaya səfər edəcəyi gözlənilir.