Hadisə

Türkiyə XİN başçısı İsveçrəyə səfər edəcək

Türkiyə XİN başçısı İsveçrəyə səfər edəcək

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu gün İsveçrəyə səfər edəcək.

Kanal14.az bildirir ki,bu barədə APA-nın yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Səfər çərçivəsində M. Çavuşoğlu isveçrəli həmkarı İqnazio Kassislə görüşəcək.

 

Baş tutacaq görüşlərdə ikitərəfli əlaqələr, regional məsələlər və COVID-19 pandemiyası ilə mübarizə məsələsi müzakirə olunacaq.