Ərdoğan 3 önəmli şəxsi Kremlə göndərir: Kritik müzakirə
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Müdafiə naziri Hulusi Akar Moskvaya səfər edəcək.
kanal14 xəbər verir ki, bu məlumatı "Milliyyət” qəzeti yayıb. Məlumata görə, səfər yanvarın 13-də gerçəkləşdiriləcək.
Moskvaya gələcək heyətin tərkibində Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fikanın da yer alacağı bildirilib.
Tərəflərin Liviya və İraqdakı son gərginliyi müzakirə edəcəyi ehtimal edilir. /Axar.az/