Gündəm / Siyasət

BMT Rusiya hərbçilərinin Liviyadan çıxarılması üçün çağırış etdi - Növbədə Qarabağdır?

BMT Rusiya hərbçilərinin Liviyadan çıxarılması üçün çağırış etdi
BMT baş katibi Antoniu Quterreş dolayısı ilə Rusiya və Türkiyəni hədəf almaqla Liviyadan xarici hərbi qüvvələrin çıxarılması ilə bağlı açıqlama verib. Maraqlıdır, eyni tələb Qarabağla bağlı da qaldırıla bilərmi?

Mövzuyla bağlı Sfera.az-a danışan politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, çağırışın əsas hədəfi Rusiyadır:

"BMT baş katibinin Liviya ilə bağlı verdiyi açıqlama orada daha etibarlı sülhün yaranmasına hədəflənib. Çünki Türkiyə və Rusiya hərbi qüvvələri Livanda geosiyasi maraq toqquşması müstəvisində təmsil olunurlar. Hesab edirəm ki, Antoniu Quterreşin açıqlamasının əsas hədəfi Rusiyadır. BMT Liviyada əsas hökuməti tanıyır. Türkiyə də BMT-nin tanıdığı hökumətlə əməkdaşlıq edir”.

Politoloq BMT rəsmisinin Qarabağdakı sülhməramlılarla bağlı da anoloji çağırışda buluna biləcəyini istisna etmir:

"Qarabağla bağlı məsələyə gəldikdə, Qərb Rusiya sülhməramlıların burada olmasından narazıdır. Düşünürəm ki, Bayden adminstrasiyasının bu məsələdəki barışmaz mövqeyini də nəzərə alaraq BMT Qarabağdan Rusiya sülhməramlılarının çıxarılması barədə açıqlama ilə çıxış edə bilər. Amma bu, tezliklə gözlənilmir.

Qərb siyasi dairələri hələlik ATƏT-in Minsk qrupunun fəaliyyətini canlandırmaq istəyir. BMT Qarabağda ATƏT-in mandatı altında çoxmillətli sülhməramlıların olmasında isralıdır. Fikrimcə, Rusiyanın Qarabağdakı həlledici mövqeyinə qarşı hərəkətlənmə cari ilin ikinci yarısında, yaxud gələn il başlayacaq. Rusiyanın Cənubi Qafqazda artan rolundan narahat olan ABŞ yenidən bölgəmizə qayıtmaq istəyəcək”.