kanal14.az
kanal14.az

Minsk qrupu necə ləğv oluna bilər? - AÇIQLAMA

Minsk qrupu necə ləğv oluna bilər? - AÇIQLAMA
14-05-2021, 17:32 81 dəfə baxılıb

Minsk qrupu necə ləğv oluna bilər?
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Görüş zamanı Prezident İlham Əliyev Minsk qrupunun Qarabağ münaqişəsinin həllində heç bir rol oynamadığını bildirib.

Maraqlıdr, ATƏT-in Minsk qrupu yaradılan zaman əsasnamədə nələr nəzərdə tutulub? Hansı şərtlər əsasında Minsk qrupu ləğv oluna bilər?

Məsələ ilə bağlı Cebhe.info-ya danışan politoloq Qabil Hüseynli bildirb ki, ATƏT-in Minsk qrupunun işi heç bir əsasnamə ilə tənzimlənmir:

"Minsk qrupu yarananda şərtlər yox idi. O zaman ATƏT-in Minsk qrupuna Amerikanın salınması məsələsi uğrunda Azərbaycan ciddi səylər göstərdi. Buna da nail oldu. Minsk qrupunun formalaşdırılmasında Azərbaycan özünün rolunu onda göstərdi ki, Amerikanın bu quruma salaraq daha balanslaşdırılmış, daha obyektiv bir qurum yaratmağa nail oldu. Ovaxtlar Almanyanın, İtalyanın adları da çəkilirdi. Azərbaycan Amerikanın quruma daxil edilməsini vacib hesab etdi. İki super dövlət kimi Rusiya ilə Amerika qurumda yerini aldı. Fransanın həmsədr ölkə olmasında Ermənistan çox böyük rol oynadı. Azərbaycan ilk vaxtlardan Fransanın qrupa daxil olmasının əlehinə idi. O zaman Minsk qrupunun formalaşdırılmasının hər hansısa bir əsasnaməsi yox idi. Qrupun işi ilə bağlı hər hansısa bir sənəd qəbul edilmədi.

Politoloqun sözlərinə görə, Azəbaycan Minsk qrupunun fəaliyyətə başlamasının əlehinə olduğunu deyib:

"Minsk qrupu prosesə lazımi töhfələr verəcək. Son dövrlərdə münaqişənin beş-yeddi ilə həll ediləcəyi barədə sadəlövh fikirlər səsləndirdi. Ancaq göründüyü kimi bu proses uzandı. Azərbaycan hələ ilk dövrlərdə ATƏT-in Minsk qrupunun yenidən fəaliyyətə başlamasının əleyhinə mübarizə aparacaq. Çalışacaq ki, o qrup fəaliyyətini yeniləməsin. Buna nail olmaq çətin olacaq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA