Gündəm / Siyasət

Rusiyadan Minsk Qrupunu DİRİLTMƏ CƏHDİ

Rusiyadan Minsk Qrupunu
"ATƏT-in Minsk qrupunun egidası altında Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin müntəzəm görüşlərinin keçirilməsi təcrübəsini bərpa etmək olar və bu, əhəmiyyətli beynəlxalq rezonans əldə edə bilər”.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Qriqori Karasin "Kommersant” nəşrinə müsahibəsində deyib.

O, Rusiya ilə yanaşı Minsk qrupunun digər həmsədrləri – ABŞ və Fransanın da Azərbaycan və Ermənistan arasında etimadın yaradılması prosesinə cəlb olunmasının planlaşdırılıb-planlaşdırılmadığı ilə bağlı suala cavabında bildirib ki, rəsmi Vaşinqton və Paris bu işdə faydalı rol oynaya bilər: "Bu üçlük təcrübə və ciddi xarici dəstəyə malikdir”.