Gündəm / Siyasət

“Sülhə Rusiya icazə vermir” - Partiya sədri

“Sülhə Rusiya icazə vermir” - Partiya sədri

 

 
Kanal14.az: - "Ermənistan nə müharibə, nə də sülh yanaşmasından çıxış edir. Çünki onların azad iradəsi yoxdur. Rusiya onlara icazə vermir ki, Azərbaycanla sülh müqaviləsi bağlasın. Özlərinin də gücləri yoxdur ki, Azərbaycanla müharibə etsinlər”.

Bunu Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

Partiya sədri bildirib ki, ya Ermənistan Rusiyanın dediklərindən kənara çıxaraq Azərbaycanla sülh müqaviləsi imzlamalıdır, ya da Rusiyanın sözü ilə hərəkət edib, nə zaman gücləri olacaqsa, müharibə haqqında düşünməlidirlər: "Amma indi ermənilər bunun heç birini edə bilmirlər. Sülhə Rusiya icazə vermir, özlərinin də gücü yoxdur ki, müharibəyə başlasınlar”.

S. Cəlaloğlunun fikrincə, hazırki durum o ana qədər davam edəcək ki, Azərbaycan və Türkiyə Rusiya ilə dil tapsın. Bundan sonra İrəvana deyəcəklər ki, sülh müqaviləsi imzala.

ADP sədri qeyd edib ki, normal dövlətlər müstəqil olmaq istəyirsə, mütləq müxtəlif güclərlə əməkdaşlıq etməlidir: "Amma Rusiya Ermənistana icazə vermir ki, digər güclərlə əməkdaşlıq etsin, yaxınlaşsın. O cümlədən də Avropa və Amerika ilə. Əslində ermənilərin çox cüzi hissəsi Ermənistan dövləti ərazisində yaşayır. Məsələn, Amerikada 5, Fransada 3, Rusiyada isə 2 milyon erməni yaşayır. Yəni ermənilərin çoxu Ermənistandan kənardadır. İrəvan da başqa ölkələrdə yaşayan ermənilərlə əlaqə qurmaq üçün məcburdur ki, Avropa, ABŞ və Rusiya ilə yaxından əməkdaşlıq etsin, ittifaqda olsun. Erməni lobbiləri ilə daha güclü işləmək üçün İrəvanın Qərblə yaxşı münasibətləri olmalıdır. Amma bu, Rusiyanın maraqlarına uyğun gəlmir”.

S. Cəlaloğlu diqqətə çatdırıb ki, erməni xalqının maraqları Ermənistanın Avropa və ABŞ-la dostluğunu tələb edir. Amma Rusiyanın maraqları buna imkan vermədiyindən ciddi problemlər yaranır. Yəni hər dəfə Ermənistan ABŞ və ya Avropaya doğru addım atdıqda Moskva onları cəzalandırır.//reyting.az