200 dəfə banladığına görə, xoruzu məhkəməyə verdilər
"Kanal14.az" xəbər verir ki, Şimali Reyn-Vestfaliya əyalətinin Bad Salzuflen şəhərində yaşayan Friedrich-Wilhelm K. və həyat yoldaşı Jutta, qonşuları Mayklın xoruzunun səhər saat 08:00-dan başlayaraq gündə 200 dəfə banladığını bildirib.
"Biz bağçadan istifadə edə bilmirik və heç bir pəncərəni aça bilmirik. Gecələr bağlı olduğu üçün səhər saat 8:00-a qədər eşidilmir, lakin sonra gün ərzində 100-200 dəfə xırıltı səsləri eşidilir. Dözülməzdir. Qonşumuz öz xoruzundan əl çəkmir. Biz bununla yaşamalıyıq, yoxsa məhkəmədə qalib gəlməliyik”, - Fridrix Vilhelm alman mətbuatına bildirib.
Lakin Maqdanın sahibi 50 yaşlı Maykl toyuq bəslədiyini əsas gətirərək xoruza ehtiyacı olduğunu iddia edib.
"Cücələrə xoruz lazımdır, əks halda bir-birini qoparardılar" deyib.
Maykl 2018-ci ildə öz yumurtalarını toplamaq üçün bağçasında 5 cücə aldığını, lakin cücələrdən birinin xoruz olduğu üzə çıxdığını bildirib.