Şou / Mədəniyyət

Məşhur cütlük uşağın adını səsvermə ilə seçdi

Məşhur cütlük uşağın adını səsvermə ilə seçdi
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Türkiyəli aktyor Tolqahan Sayışman və həyat yoldaşı Almeda Abazi doğulacaq uşaqlarına ad qoymaq üçün səsvermə keçiriblər.

"Kanal14.az” "Posta”ya istinadən xəbər verir ki, iki ad - Efehan və Alperhan arasında qərarsız qalan cütlük 21 ən yaxın dost və qohumundan ad üçün seçim etmələrini istəyiblər.

 

"WhatsApp”da keçirilən səsvermədə 12 səs alan Alperhan adı seçilib.

Qeyd edək ki, Abazi 5 aylıq hamilədir. Cütlük 2017-ci ilin fevralında Los-Ancelesdə ailə qurub.