Dünya

Hələ belə nənə görməmişdiniz – FOTOLAR

Hələ belə nənə görməmişdiniz – FOTOLAR
 
 
 
 
 

 

 
 
 
 

Bu nənə bədəni ilə kişilərə də meydan oxuyur.

48 yaşlı nənə öz görüntüsü ilə ənənəvi nənə anlayışını alt-üst edir. Robin Hillis Kanadanın Ontario şəhərində yaşayır. 3 nəvəsi olan nənənin bisepsleri nin ölçüsü 44 sm-ə çatır. 90 kq çəkisi olan Robin bodibildinqə olan həvəsinə görə, 1989-cü ildə təhsilini yarımçıq atıb.

İdmana başlamazdan öncə olduqca utancaq olan qadın ilk yarışına 1993-cü ildə qatılıb və ikinci yerə çıxıb.

2 uşaq anası həftnin 5 günü günün çox hissəsini idman salonlarında keçirir. İldə iki dəfə çempionatlara qatılır. Onun sözlərinə görə, belə ağır idman onun özünə olan inamını artırır.

Sosial mediada onminlərlə izləyicisi olan 3 nəvəli nənə gündə 5 dəfə yemək yediyini deyir. O hər gün səhər saat 6-da yuxudan oyanır, səhər yeməyində ispanaq və iki yumurta qəbul edir. Gün ərzində o həm toyuq, həm ət, həm balıq, həm də kartof qəbul edir.