Müğənni Mustafa Sandalla keçmiş həyat yoldaşı Emina Yahoviç arasındakı təzminat problemi davam edir. 

"Kanal14.az" Türkiyə KİV-ə istinadən xəbər verir ki,  cütlük bu səbəbdən onlar  məhkəməlik olub. 

Belə ki, Mustafa məhkəməyə müraciət edərək aylıq ödədiyi 15 min lirəlik təzminatın ləğvini və Eminanın Çubukludakı evdən gələn kirayəni almaq haqqından məhrum edilməsini istəyib.

Emina da öz növbəsində keçmiş həyat yoldaşından şikayətçi olaraq onun 1 milyon 105 min 863 lirə təzminat borcu olduğunu iddia edib. Onun vəkili Altın Mimir mövzu ilə bağlı açıqlamasında Mustafanın pulu ödəməyəcəyi təqdirdə məhkəmənin həbs qərarı qəbul edəcəyini bildirib.

Qeyd edək ki, cütlük 2018-ci ildə 10 illik evliliyin ardından boşanıb.