Gündəm / Cəmiyyət / Foto

Qubada 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə tədbirlər keçirilib.

20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə B.Səfəroğlu adına rayon Mədəniyyət Mərkəzində ümumrayon tədbiri keçirilmişdir. 

Kanal14.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Quba şəhərində Ümummilli Liderin adını daşıdığı Mədəniyyət və İstirahət parkındakı abidəsini ziyarət etmişlər. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin kollektivi, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, RİHB-nın İƏD-lər üzrə nümayəndələri və bələdiyyə sədrləri, ictimai təşkilatların rəhbərləri və üzvləri, rayonun idarə və müəssisələrinin rəhbərləri və əməkdaşları, din xadimləri, ictimaiyyət nümayəndələri tələbələr və gənclər iştirak etmişdir.





Tədbirin əvvəlində müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, Ulu Öndərimiz Heydər Əliyevin və torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması yolunda canlarını fəda etmiş əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Daha sonra tədbir ədəbi-bədii kompozisiya ilə davam etmişdir. 

Axşam saatlarında “Quba Meydanı” Mədəniyyət və İstirahət parkında konsert proqramı olmuş, tədbirin sonunda möhtəşəm atəşfəşanlıq təşkil olunmuşdur.



20-09-2025, 21:54