Gündəm / Siyasət

Quba İcra Hakimiyyətində əməliyyat keçirilib?

Quba İcra Hakimiyyətində əməliyyat keçirilib?


Ötən gün sosial şəbəkələrdə hüquq mühafizə orqanları tərəfindən Quba Rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi barədə məlumat yayılıb.
 "Qafqazinfo” məsələylə bağlı icra hakimiyyətinin İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədovla əlaqə saxlayıb.

O bildirib ki, hazırda icra başçısı öz işinin başındadır: "Yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Qeyd edək ki, yayılan məlumatlarda icra başçısı Ziyəddin Əliyevin bir neçə şəxsə məxsus əmək haqlarını mənimsədiyi iddia edilirdi.