Gündəm / Cəmiyyət

İki icra başçısının müavini İŞDƏN ÇIXARILDI

 İki icra başçısının müavini İŞDƏN ÇIXARILDI


Kəngərli rayon icra başçısının müavini işdən azad olunub.


"MUMtv.az" xəbər verir ki, bununla bağlı Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov sərəncam imzalayıb.


Sərəncama əsasən, icra başçısının müavini Qurbanova Səriyyə Bağır qızı işdən çıxarılıb.


Eyni zamanda, Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfail Babayevin sərəncamı ilə icra başçısının müavini Tural Quliyev işdən azad edilib.