Gündəm / Dünya

Ukrayna SQ Belqorod vilayətinə hücum edib

Ukrayna SQ Belqorod vilayətinə hücum edib

Ukrayna hərbçiləri pilotsuz uçuş aparatlarından istifadə etməklə Belqorodda iki yaşayış məntəqəsinə hücum ediblər.

"Kanal14.az" xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün "Telegram" kanalında məlumat paylaşıb. 

Onun sözlərinə görə, Şebekino şəhərində "QAZelle” PUA ilə vurulub, nəticədə iki nəfər, ər-arvad yaralanıb. Onlar rayon klinik xəstəxanasına yerləşdiriliblər.

Həmçinin Çeremoşnoye kəndində kamikadze dron hücumundan sonra ticarət obyekti yanıb.