Gündəm / Dünya

Qubernator: İHA Bryansk vilayətində vurulub

Qubernator: İHA Bryansk vilayətində vurulub

Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz bildirib ki, Ukraynaya məxsus pilotsuz uçan aparat Suraj vilayəti üzərində vurulub.

Bryansk vilayətində pilotsuz uçan aparat vurulub.

"Kanal14.az" "ntv.ru"ya istinadən bildirir ki,bu barədə qubernator Aleksandr Boqomaz Telegram kanalında məlumat verib . Rayon rəhbərinin sözlərinə görə, dağıntı və tələfat olmayıb.

Həmçinin KİV-in məlumatına görə, Tuapsedə gecə saatlarında Ukraynaya məxsus iki pilotsuz təyyarə partlayıcılarla birlikdə neft anbarına hücum edib. Neft anbarının yanındakı qazanxananın binasına ziyan dəyib, çənlərin özləri isə zədələnməyib.

Ukrayna Silahlı Qüvvələri ərəfəsində Suzemski rayonunun Zernovo kəndini atəşə tutub.
İtki yoxdur, bir ev yanıb.

Kanal14.az
Kamal Əsgərov