Gündəm / Cəmiyyət

Siqaret dişlər və sümüklər üçün zərərlidir

Siqaret dişlər və sümüklər üçün zərərlidir

Elm adamları 1700-1855-ci illərdə İngiltərədə ölən siqaret çəkənlərin qalıqlarından istifadə edərək nikotinin sağlamlığa təsirlərini araşdırıblar.

"Kanal14.az" xəbər verir ki, tədqiqat işi "Science” jurnalında yayımlanıb. 

Alimlər tütünün parçalanması və ya metabolizə edilməsi zamanı sümüklərdə baş verən kimyəvi dəyişiklikləri axtarmağa başlayıblar. Bu, adətən canlı insanlardan qan, sidik və ya tüpürcək nümunələrinin yoxlanılması ilə edilir. Və çoxdan ölənlərdə mütəxəssislər sümüklərdə oxşar izlər axtarmağa qərar veriblər. 

Əvvəlcə İngiltərədə 1500-cü illərdən əvvəl, tütün hələ ölkəyə gətirilmədiyi vaxtlarda yaşamış insanların qalıqları öyrənilib. Araşdırmada maye xromatoqrafiya üsulundan istifadə edilib. Daha sonra nəticələr 1700-cü illərdən siqaret çəkənlərin sümüklərinin təhlili ilə müqayisə edilib.

 Məlum olub ki, siqaret insan dişləri və sümükləri üçün olduqca zərərlidir.  İnsan qalıqlarında siqaret çəkənlər üçün xarakterik olan onlarla kimyəvi birləşmələr müəyyən edilib. 

Bununla yanaşı alımlər aşkar edib ki, o dövrdə siqaret çəkən qadınların sayı kifayət qədər yüksək olub.