Gündəm / Siyasət / Dünya

Qubernator: Sevastopolun hava hücumundan müdafiəsi Balaklava istilik elektrik stansiyasının yaxınlığında PUA-nı vurdu

Qubernator: Sevastopolun hava hücumundan müdafiəsi Balaklava istilik elektrik stansiyasının yaxınlığında PUA-nı vurdu

Rəsmi Rusiya əmin etdi ki, İES-də heç bir zədə yoxdur, normal işləyir.

"Kanal14.az" qeyd edir ki, bu barədə Rusiyanın "Sputniknews" mediası məlumat yayıb.

Şəhər qubernatoru Mixail Razvojaev bildirib ki, "Cümə günü səhər saatlarında Sevastopolda Balaklava elektrik stansiyasının ərazisində Ukraynaya məxsus pilotsuz uçan aparat vurulub".

Ötən ilin iyul ayından Ukrayna pilotsuz təyyarələri vaxtaşırı Qara dəniz donanmasının əsas bazası olan Sevastopola, eləcə də yarımadanın digər obyektlərinə hücum etməyə cəhd göstərir.

Rusiya Qara dəniz donanmasının şəhərdəki qərargahı, enerji obyektləri, hərbi aerodromlar hücuma məruz qalıb. Dronların əksəriyyəti hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

Kanal14.az
Asiman Əsədsoy