Gündəm / Dünya

Kiyevdə partlayış səsləri eşidildi

Kiyevdə partlayış səsləri eşidildi

 

Kiyev vilayətinin Vasilkov icmasında partlayış səsləri eşidilib.

Kanal14.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, ruslar bundan əlavə Xarkov vilayətində yaşayış məhəllələrini atəşə tutub.

"Kiyev vilayətində Vasilkov icmasında partlayış səsləri eşidilib, ilkin məlumatlara görə, hava hücumundan müdafiə vasitələri işə düşüb. İşğalçılar gün ərzində Zoloçiv və Derhaçini atəşə tutublar, itkilər var. İzyum istiqamətində döyüşlər gedir. Luqansk vilayətində son 24 saat ərzində 24 atəş qeydə alınıb. Donetsk vilayətində bütün cəbhə xəttində döyüşlər davam edir. Mariupol dəyişməzdir: martın 1-dən davam edən blokadaya baxmayaraq, ordumuz düşmənə müqavimət göstərir. Xerson vilayətində partlayış və mərmi səsləri eşidilib. Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur. Regionda bir çox yaşayış məntəqələrində - humanitar böhran, rusların talanları davam edir", - deyə  yerli KİV  qeyd edib.