Rusiya ordusu "S-300" və "S-400" zenit-raket komplekslərini Belqorod vilayətinin Ukrayna ilə həmsərhəd rayonlarına yerləşdirib.

"Kanal14.az" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz "Facebook" səhifəsində məlumat yayıb.

"Eyni zamanda "S-400" və "S-300" zenit-raket batalyonları əsas komanda məntəqələrini, eləcə də arxa əraziləri əhatə etmək üçün Belqorod vilayətinin Ukrayna ilə həmsərhəd rayonlarına yerləşdirilib", - Baş Qərargahdan bildiriblər.