Gündəm / Siyasət / Dünya

"Bu gün sərhədlərin açılmasına hazırıq" - Ermənistanın xüsusi nümayəndəsi


Ermənistan məhz indi, bu gün Türkiyə ilə münasibətlərin tam normallaşmasına və sərhədlərin açılmasına hazırdır.

"Kanal14.az" xəbər verir ki, bunu Ermənistanın Türkiyə ilə münasibətlərin tənzimlənməsi üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan Antalyada keçirilən III Diplomatik Forumda çıxışı zamanı deyib.

"Əgər Türkiyənin Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi üzrə xüsusi nümayəndəsi razılaşarsa, biz bunu indidən elan edə və bu forumu tarixi edə bilərik", - o deyib.