Gündəm / Siyasət

Türkiyə ilə Ermənistan nümayəndələrinin ilk görüşününün tarixi və yeri bəlli oldu

Türkiyə ilə Ermənistan nümayəndələrinin ilk görüşününün tarixi və yeri bəlli oldu

Tərəflər yanvarın 14-də, Moskvada görüşəcəklər

Hürriyyet.az "Vestnik Kavkaza” portalına istinadən xəbər verir ki, Türkiyə ilə Ermənistanın xüsusi nümayəndələrinin ilk görüşünün tarixi müəyyənləşdirilib. "Sputnik Ermənistan” informasiya agentliyinin verdiyi məlumata görə, Türkiyə ilə Ermənistanın xüsusi nümayəndələrinin ölkələr arasındakı münasibətlrin normallaşdırılması məqsədi ilə keçiriləcək ilk görüşü 14 yanvar tarixində, Moskva şəhərində olacaq. Bu barədə açıqlamanı Ermənistan XİN-in mətbuat katibi Vahan Unanyan verib.

TASS informasiya agentliyinin verdiyi xəbərdə Türkiyə XİN-in də bu məlumatı təsdiqlədiyi bildirilir.

Ankaranın xüsusi nümayəndəsi vəzifəsinə Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç təyin edilib. İrəvanın xüsusi nümayəndəsi isə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyandır. 

Bu formatda görüşün keçiriləcəyi barədə açıqlamanı ilk dəfə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu 13 dekabr tarixində vermişdi.