Gündəm / Siyasət

Azərbaycanlıların qatili olan erməni: - “Ermənistan fiziki məhv olacaq”

Azərbaycanlıların qatili olan erməni:
"Türkiyə ilə korrektəli münasibət Ermənistan və Qarabağın fiziki məhvi ilə nəticələnəcək”.

Cebhe.info xəbər verir ki, bunu sosial şəbəkə hesabında əli azərbaycanlıların qanına batmış "Qarabağ qəhrəmanı" Arşavir Qaramyan yazıb.

O bildirib ki, Ermənistan rəhbərliyinin Azərbaycan və Türkiyə ilə münasibətlərdə indi seçdiyi yol millət tərəfindən qəbul edilməməlidir: "Mənim döyüşçü yoldaşlarım! Birləşmək və hərəkət etmək lazımdır. Əks təqdirdə Türkiyə ilə bu münasibət yaxın zamanda Ermənistan və Qarabağın fiziki məhvi ilə nəticələnəcək”.

O, mübarizə üçün xüsusi hərəkat yaradılması təklifini irəli sürüb.