"Biz Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması, delimitasiya və demarkasiya məsəlləri, o cümlədən Türkiyə-Ermənistan münasibətlərinin normallaşması barədə hərtərəfli müzakirə apardıq ”.

"Kanal14.az" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, üçtərəfli və dördtərəfli formatlarda görüşlərin keçirilməsi ilə bağlı Azərbaycan və Türkiyə arasında yol xəritəsi də cızılıb.