Gündəm / Cəmiyyət

"Meliorasiya və Su Təsərrüfatı"nın 2 idarəsi birləşir


Dövlət Su Ehtiyatlar Agentliyinin (ADSEA) tabeliyindəki "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-yə məxsus iki idarə birləşir.

"Kanal14.az" xəbər verir ki, bununla bağlı ADSEA-nın sədri Zaur Mikayılov əmr imzalayıb.

Əmrə əsasən, Lənkəran Melioservis İdarəsi Lənkəran Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsinə birləşir.//Qaynarinfo