Gündəm / Siyasət / Dünya

Paşinyanın istefası tələbi niyə cavabsız qalıb?

Paşinyanın istefası tələbi niyə cavabsız qalıb?

Ermənistanda hakim "Mülki müqavilə”nin üzvü Vaaqn Aleksanyan arxiyepiskop Baqrat Qalstanyanın baş nazir Nikol Paşinyana istefaya çağırışına niyə rəsmi cavab almadığını açıqlayıb.

"Kanal14.az" xəbər verir ki, o, bu barədə Ermənistan İctimai Televiziyasına danışıb. 

Aleksanyan vurğulayıb ki, Paşinyan xalq tərəfindən seçilib və o, kiminsə birtərəfli tələbi ilə vəzifəsindən kənarlaşdırıla bilməz.

"Mən indi cavab verirəm: Ermənistanın legitim baş naziri Nikol Paşinyan ümumxalq səsverməsi yolu ilə bu vəzifəyə seçilib, müxtəlif spikerlər Robert Köçəryanın tələblərinə görə, legitim baş naziri vəzifəsindən kənarlaşdırmaq mümkün deyil”, - deyə Aleksanyan bildirib.

O, həmçinin əlavə edib ki, hökumət Ermənistanın hər bir vətəndaşına hörmət edir və xalqın verdiyi bütün suallara cavab verir.

Qeyd edək ki, bu bəyanat İrəvanda keçirilən mitinqdə Paşinyanın bir saat ərzində istefa verməsini tələb edən arxiyepiskop Qalstanyanın ultimatumundan sonra verilib. Buna cavab olaraq, Paşinyanın komandası sosial şəbəkələrdə fləşmob başladıb və burada Mülki Müqavilə partiyasının hər bir üzvü baş nazirin "seçilmiş baş nazir Nikol Paşinyan” yazısı olan fotosunu dərc edib.