Gündəm / Cəmiyyət / Mədəniyyət

Musiqi beyin sağlamlığını qoruyur

Musiqi beyin sağlamlığını qoruyur

Musiqi ilə məşğul olmaq yaddaşı gücləndirir, sonrakı yaşlarda beyin sağlamlığını qorumağa kömək edir.

"Kanal14.az” xəbər verir ki, bu barədə, İngiltərənin Exeter Universitetinin alimləri araşdırma aparıblar. Belə ki, araşdırmada 40-68 yaş arası 1100-dən çox insan üzərində alət çalmağın, mahnı oxumağın, musiqi dinləmənin və musiqi istedadının insan beyninə təsiri araşdırılıb. Tədqiqatçılar həyatlarında musiqi ilə məşğul olan və heç vaxt musiqi ilə maraqlanmayan insanların idrak qabiliyyətlərini müqayisə ediblər.

Nəticələr göstərir ki, piano və ya orqan çalan insanlar musiqi ilə məşğul olmaqdan daha çox faydalanırlar, lakin sadəcə musiqi dinləmək idrak sağlamlığına eyni təsir göstərmir. Qeyd edək ki, musiqi dinləmək demans xəstələrinə də müsbət təsir göstərir və bu xəstələrin musiqidən ünsiyyət vasitəsi kimi istifadə etməsinə səbəb olur.