Gündəm / Hadisə / Dünya

Qalaktikamızda qəribə obyekt tapıldı

Qalaktikamızda qəribə obyekt tapıldı

Almaniya, İtaliya, Avstraliya və digər ölkələrdən olan beynəlxalq alimlər qrupu Yerdən 40 min işıq ili uzaqlıqda qəribə obyekt aşkar ediblər. Əsrarəngiz obyektin hər hansı məlum neytron ulduzundan daha ağır, lakin aşkar edilmiş ən kiçik qara dəlikdən daha yüngül olduğu ortaya çıxıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə "Science" elmi jurnalı məlumat yayıb.

Anomaliya Cənubi Afrikanın Şimal burnunda MeerKAT radioteleskopunun köməyi ilə aşkar edilib. O, bizim Süd Yolu qalaktikamızda NGC 1851 qlobular çoxluğu kimi tanınan sıx ulduzlar qrupunda yerləşir.

Naməlum obyekt sürətlə fırlanan neytron ulduzu olan PSR J0514-4002E radio pulsarı ilə eyni sistemdədir.

Astronomların fikrincə, kəşf qara dəliyin kütlə boşluğu kimi tanınan elmi sirrin həllində əsas rol oynaya bilər. Hesablamalara görə, böyük bir ulduzun qalan kütləsi Günəşin kütləsindən ən azı 2,2 dəfə böyük olduğu halda çökəndə qara dəlik əmələ gəlir. Halbuki elmə məlum olan bütün qara dəliklər Günəşdən ən azı beş dəfə böyükdür.

Başqa bir fərziyyə PSR J0514-4002E pulsarının orbitində fırlanan super sıx bir cismin digər iki neytron ulduzunun toqquşması nəticəsində yarana biləcəyini göstərir.

Alimlər anomaliyanın tədqiqini davam etdirmək və sonrakı müşahidələr vasitəsilə onun təbiətini müəyyən etmək niyyətindədirlər.//qaynarinfo.az