HD 83443 ulduzunun ətrafında fırlanan yeni HD 83443 b planeti kəşf edilib. 

"Kanal14.az" xarici KİV-ə istinadən xəbər verir ki, kəşfi Avstraliyanın Cənubi Kvinslend Universitetinin astronomları edib. 

Tapılan planetin kütləsi təqribən 1,5 Yupiterdir, o, öz ulduzu ətrafında qeyri-adi ekssentrik orbitdə fırlanır və 22 il ərzində bir dövrə keçir. HD 83443 Yerdən 133 işıq ili məsafəsində yerləşir və gələcəkdə ekspertlərin fikrincə, o, hətta kosmik missiyaların hədəfinə çevrilə bilər.